İnsanlara hürriyət, millətlərə istiqlal!

Danışılmış yarımfinal - Mərakeş kralını qorxutdularmı?

13728 15.12.2022 01:24 Yazarlar A A

Afrikalılar bu oyunu 5 top fərqi ilə uduzsaydı, onlara kimsə heç nə deyə bilməzdi, amma Fransa minimal hesabla məğlub olsaydı, Paris hikkəsindən partlayardı...

Fransa milli komandasının baş məşqçisi Didye Deşamın yuxusuna da girməzdi ki, yarımfinalda kimlə-kimlə, həmin Mərakeşlə final üçün yarışacaqlar. (Oyuna qədər çarpışacaqlar düşünürdüm). Kimsə Deşama belə bir proqnoz versəydi, o da yəqin ki, “Maroc? Notre adversaire en demi-finale ? Est-ce que vous plaisantez...” (Mərakeş? Yarımfinaldakı rəqibimiz? Zarafat edirsiniz...) deyərdi.

Deşam Belçikanı, İspaniyanı, Xorvatiyanı, Portuqaliyanı özünə rəqib kimi görməkdə haqlı olardı, axı Fransa son dünya çempionudur. Mərakeş də yəqin ki, mundialda ən yaxşı halda 30 ildən çoxdur həsrətlərində olduğu 1/4 finala adlamaqlarını böyük uğur kimi düşünərdilər. Amma Mərakeş bir qrupda mübarizə apardıqları Belçikaya qalib gəldi, xorvatlar canlarını heç-heçə ilə qurtardılar, 1/8 finalda afrikalılar penaltilər seriyasında İspaniyanı (0:0; 3:0 pen.), 1/4 finalda isə Portuqaliyanı (1:0) məğlub etdilər. Həqiqətən də bir az da yuxu kimi…

444hh.jpg (66 KB)

Mərakeş Fransa üçün, mərakeşlilər üçün də Fransa yad ölkə deyil, əksinə bu xalqları böyük bir tarix birləşdirir. Fransa bir sıra Afrika ölkələrində olduğu kimi, burda da çox qan töküb, mərakeşlilər koloniyadan azad olmaq üçün 50 il mübarizə aparıblar. 1956-cı ildə nəhayət, müstəqilliklərini elan ediblər. Amma Fransanın qovulmasından on illiklər keçsə də, ölkələr arasında sıx münasibətlər daha da çox inkişaf edib.

Mərakeşlilərin 35%-i fransızca danışır. Xaricdə təhsil almağa gedən hər iki mərakeşlidən biri Fransanı seçir. Nikola Sarkozi prezident olduğu dönəmdə çıxışlarının birində beləcə də demişdi: "Mərakeş demək olar ki, bizimdir". Yeri gəlmişkən, Mərakeşi 1999-cu ildən kral VI Məhəmməd idarə edilir. Bayraqlarındakı yaşıl ulduz da kral taxt-tacına işarədir.

777hh.jpg (95 KB)

Mərakeşlilər də Portuqaliya üzərində qələbədən sonra Paris küçələrində elə bir bayram etdilər ki, işə polis qarışmalı oldu və ciddi qarşıdurmalar, küçə döyüşləri baş verdi. Bu küçə döyüşlərini Fransa-Mərakeş yarımfinalı ərəfəsinin “baş məşqi” adlandırmaq da olardı.

Oyunun başlamasına saatlar qalmış Parisdə polis döyüş hazırlığı vəziyyətinə gətirilib və bu dəqiqələrdə Fransa-Mərakeş oyunun “3-cü hissəsi” Paris küçələrində başlamış olmalı... Fransa tarixində yeddinci dəfə mundialın yarımfinalına çıxsa da, bundan əvvəl cəmi 3 dəfə bu mərhələni keçə bilmişdi. Bukmeykerlər də Fransanın qələbəsinə rəqibdən loru dillə desək, 7 dəfə çox pul qoymuşdular. Əsas vaxtda heç-heçəyə inanlar da az deyildi. Bundan əvvəlki 5 yoldaşlıq görüşünü nəzərə almasaq, bu, hər iki milli komandanın ilk rəsmi qarşılaşması idi.

6666666j.jpg (22 KB)

Oyun haqda xüsusi yazmağa ehtiyac yoxdur. Mərakeş Fransanın hələ də futbolda koloniyası olduğunu göstərdi. Ya da əksinə, Fransa demək istədi ki, “ey, mərakeşlilər, bizim qarşımıza çıxa bilərsiz, amma bizim finala gedən yolumuzu kəsə bilməzsiz...” Fransa əla komandadır, Mərakeşə əlbəttə ki, qalib gələ bilər. Amma Mərakeş bu mundialda beləmi futbol oynayırdı? Qapılarına 5-ci dəqiqədə buraxdıqları top mundialda “yedikləri” ilk qol idi. O qol məndə bu oyunun danışılmış ola biləcəyi rəyi yaratdı. 5 müdafiəçi ilə oynayan Mərakeşin qapıçısı da topa getməyə qorxdu. Hamı 90 dəqiqə elə bildi ki, iki komanda da yaxşı oynayır, amma heç biri yaxşı oynamaq istəmədilər. Qalib məlum idi.

hggggggk.jpg (44 KB)

Mərakeş kralını qorxuzdularmı, əcəba? Bilirəm, bunlar kimlər üçünsə absurd, hətta qərəz kimi görünə bilər. Onsuz da Fransa güclü idi, “danışmadan” da qazana bilərdilər. Amma elə deyil. Adətən, prezidentlər yarımfinala deyil, finala baxmağa gəlirlər. Makron isə özünü bu oyuna yetirmişdi. Fransa-Mərakeş oyununa həm də... Mərakeş bu oyunu 5 top fərqi ilə uduzsaydı belə, kim onlara nə deyə bilərdi? Fransa isə bu oyunda minimal hesabla uduzsaydı, Paris hirsindən, hikkəsindən “partlaya” bilərdi. Ona görə, işi qarantiyaya almaq pis olmazdı. Üstəlik, baş məşqçi də Fransa doğumlu. Axtarsan, çox səbəblər tapa bilərsən, məsələn, kralı hakimiyyətdə saxlayan Fransa investisiyasıdır, bu ölkədə yüzlərlə fransız şirkətləri və sairə...

7yyy.jpg (76 KB)

Belə... Qaldı bir 3-cü yer uğrunda oyun, nəhayət final. Finalın adı Argentina-Fransa. Argentinanı çempion edəcəkləri iddiası düzdürsə, bu “haqsızlığa” göz yummağa hazıram...

 

Nazim SABİROĞLU,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR