İnsanlara hürriyət, millətlərə istiqlal!

Daha dörd ölkənin Fələstini tanımaq planları var

746 28.05.2024 11:53 Dünya A A

Sloveniya, Lüksemburq, Portuqaliya və Belçika tezliklə Fələstin dövlətçiliyini tanıya bilər.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Fələstinin Rusiya Federasiyasındakı səfiri Əbdül Hafiz Nofəl məlumat verib.

Onun sözlərinə görə, Avropa ölkələri İsrailin Fələstin xalqına qarşı qırğın törətməsindən sonra “nəyinsə alınmadığını” anlamağa başlayıb.

Diplomat həmçinin deyib ki, nə İsrailin baş naziri Benyamin Netanyahu, nə də ABŞ humanitar fasilələr istəmir. Nofəl İsrail ordusunun hərbi əməliyyat apardığı Rəfahda pis hadisələrin baş verə biləcəyindən ehtiyat edir.

Mayın 22-də Norveç hökuməti Fələstin dövlətinin müstəqilliyini tanıdığını rəsmən elan edib. Qərar bu gündən qüvvəyə minir.

Norveçdən sonra Fələstinin müstəqilliyi İrlandiya və İspaniya tərəfindən tanınıb.

Bunun fonunda İsrail növbəti məsləhətləşmələr üçün Norveç və İrlandiyadakı səfirlərini geri çağırıb və İspaniyanı da oxşar tədbirlərlə hədələyib. İsrailin baş naziri Benyamin Netanyahu ölkəsinin sərhədlərində belə bir dövlətin yaranmasına imkan verməyəcəyini bildirib. Onun sözlərinə görə, İordan çayının qərb sahilindəki fələstinlilərin 80%-i 2023-cü il oktyabrın 7-də Fələstin radikal HƏMAS hərəkatının İsrail yaşayış məntəqələrinə hücumunu dəstəkləyir.

İndiyədək Fələstini Avropa Birliyinə üzv olan doqquz ölkə tanıyıb. Bolqarıstan, Kipr, Çexiya, Macarıstan, Malta, Polşa, Rumıniya və Slovakiya müvafiq qərarı 1988-ci ildə, İsveç isə 2014-cü ildə qəbul ediblər.

Avropa diplomatiyasının rəhbəri Josep Borrell Fələstinin tanınmasının HƏMAS-a hədiyyə olmayacağını bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR