İnsanlara hürriyət, millətlərə istiqlal!

Dağıntılar altında qalaraq ölən tələbə ilə bağlı üzücü detal - FOTO

1051 11.03.2023 17:15 Son xəbər A A

Türkiyədə baş verən dəhşətli zəlzələdə həyatını itirən "Bolu Abant İzzet Baysal Universiteti"nin İqtisadiyyat və İdarəetmə Fakültəsinin tələbəsi Dilarə Şenin hekayəsi eşidənləri kədərləndirib.

Musavat.com xəbər verir ki, Dilarə noyabrın 23-də Düzcedə baş verən zəlzələdən qorxduğu və təsirini Boluda hiss etdiyi üçün məmləkəti Hataya gedib.

Dilarə Şen mərkəzi Kahramanmaraş olan zəlzələdə dağıntılar altında qalaraq həyatını itirib. Təhsil aldığı universitetin rektoru professor Mustafa Alışarlı Dilarə haqqında danışıb.

“Təəssüf ki, buradakı zəlzələdən xilas oldu, amma oradakı zəlzələdən xilas ola bilmədi. Həyat belədir. İnsanın qismətindən qaçması çətindir. Allah hər kəsi belə bəlalardan qorusun”,-deyə Mustafa Alışarlı bildirib.

Musavat.com

Depremde hayatını kaybeden Dilara Şen'in yürek burkan hikayesi - Sakarya  Yerel Haber

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR