İnsanlara hürriyət, millətlərə istiqlal!

“D`Artanyan” infarkt diaqnozu ilə xəstəxanaya yerləşdirilib

806 29.11.2023 11:21 Dünya A A

Rusiyanın xalq artisti Mixail Boyarski infarkt keçirib.

Musavat.com xarici mediya istinadla bildirir ki, bu barədə sənətçinin oğlu, Dövlət Dumasının deputatı Sergey Boyarski məlumat verib.

"Bəli, atam infarkt keçirdi, bu gün artıq özünü yaxşı hiss edir, onunla telefonla danışmışam, səsi şəndir, adi palatadadır”, - S.Boyarski deyib.

Öz növbəsində, sənətçinin həyat yoldaşı, Lensovet teatrının bədii rəhbəri, aktrisa Larisa Luppianın sözlərinə görə, Boyarskini durumu yaxşıdır, o, tamaşalarda oynamağa davam edəcək.

Qeyd edək ki, Mixail Boyarski öz şöhrətinin zirvəsinə “D`Artanyan və üç müşketyor” televiziya filmində D`Artanyan rolunu oynaması ilə çatıb. Sovet dövründə bu rol həm də müğənnilik edən Boyarskiyə böyük şöhrət qazandırmışdı.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR