İnsanlara hürriyət, millətlərə istiqlal!

Corc Kluni belə Baydendən üz döndərdi- "Prezident yarışından çıx"

673 11.07.2024 19:33 Ölkə A A

ABŞ prezidenti Co Baydenin yenidən prezident vəzifəsinə seçilmə şansı onun Demokrat Partiyasındakı tərəfdaşları və tərəfdarları tərəfindən şübhə altına alınır.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosi, Baydenin keçən ayın sonunda fəlakətli debatdan sonra prezidentlik yarışından çəkilməli olduğuna işarə vurub.

Amerikalı məşhur aktyor və Demokratlar Partiyasının qızğın tərəfdarı Corc Kluni isə açıq şəkildə Co Baydeni seçki yarışından geri çəkilməyə çağırıb. O, bu barədə “New York Times” üçün köşə yazısında yazıb.

Kluninin sözlərinə görə, o, üç həftə əvvəl Co Baydenlə görüşüb və başa düşüb ki, bu adam artıq 2010-cu ilin, hətta 2020-ci ilin Baydeninə bənzəmir. Kluni Demokratlar Partiyası seçkilərə Co Baydenlə getməsi halında qalib gələ bilməyəcəyinə əminliyini ifadə edib.

Son dövlərdə 81 yaşlı Baydenə yarışdan çıxmaq üçün təzyiqlər güclənib.

Artıq Konqresdəki altı demokrat (Vaşinqton ştatı, Texas, Arizona, İllinoys, Massaçusets və Minnesotadan olan Nümayəndələr Palatasının üzvləri) Baydeni prezidentlik kampaniyasından geri çəkilməyə çağırıb. Bir gün əvvəl demokrat senator Maykl Bennet Baydenə oxşar müraciət edib.

Senatdakı Demokrat çoxluğunun lideri Çak Şumer Baydendən başqa istənilən Demokrat namizədə açıq olduğunu bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR