İnsanlara hürriyət, millətlərə istiqlal!

Corc Floydu qətlə yetirən polis həbsxanada BIÇAQLANDI

818 25.11.2023 18:35 Dünya A A

2021-ci ildə afroamerikalı Corc Floydu öldürməkdə təqsirli bilinən Minneapolis şəhərinin keçmiş polis məmuru Derek Şovin cümə günü məhbus yoldaşı tərəfindən hücuma məruz qalıb və bıçaqlanıb.

Musavat.com xəbər verir ki, bu barədə "Associated Press" mənbəyə istinadən məlumat yayıb.

Hadisə Arizona ştatının Tuson şəhərindəki həbsxanada baş verib.

Federal Həbsxanalar Bürosu məhbusun hücuma məruz qaldığını, işçilərin ona tibbi yardım göstərdiyini, daha sonra isə yaralının xəstəxanaya aparıldığını təsdiqləyib.

Onun adı rəsmi olaraq açıqlanmasa da, agentlik sorğuları Şovinin vəkillərinə və FTB-yə göndərdiyini bildirib.

Qeyd edək ki, Şovin 2020-ci ilin mayında 46 yaşlı Corc Floydun səs-küylü qətli işində 22,5 il həbs cəzasına məhkum edilib. Belə ki, mağaza qarşısında Şovin həbs zamanı dizini boynuna basması nəticəsində bir nəfər ölüb. Həbs videosunda Floydun bir neçə dəfə "nəfəs ala bilmirəm" deməsi eşidilir. O, huşsuz vəziyyətdə xəstəxanaya aparılıb və orada ölüb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR