İnsanlara hürriyət, millətlərə istiqlal!

Çingiz Qənizadə: "İran Azərbaycanda terrrorçu dəstələrini yetişdirir"

264 13.06.2023 12:28 Siyasət A A

"İran İslam Respublikasının daxili işlər naziri Əhməd Vahidinin Azərbaycanla bağlı üstü örtülü təhdidi ilə məlumatlıyıq. Yaxşı olardı ki, Əhməd Vahidi İran prezidenti və onun nümayəndə heyətinin Təbrizə səfəri zamanı orada baş verən hadisələrə, təbrizlilərin prezidentin səfərinə etirazı, dövlətdən tələbləri və orada baş verən aksiyalarla bağlı düşünsün. Ölkəsinin daxilində insanların etirazlarının səbəbləri, eyni zamanda bu etirazlara qarşı qanuna zidd zopa tədbirlərinin həyata keçrilməsinin beynəlxalq hüquq normalarına və insanlıq əleyhinə bir cinayət olmasını da düşünsün".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Çingiz Qənizadə deyib ki, onlar bunların qarşısının alınması istiqamətində mühüm addımlar atsa, daha yaxşı olar:

"Yoxsa, Xudafərin və Qızıl qalası bəndlərinə yaxınlaşaraq, üzünü isə Azərbaycana tutaraq təhdid etmək elə İranın özü üçün yaxşı olmayacaq. Baxmayaraq ki, o qeyd edir güya İran hökumətindən yaxşı Azərbaycanın dostu olmayacaq və İslam Respublikası ilə düşnəmənçilik edən hər kəs uduzmuş olacaq. Amma bu gün baxaq ki, İslam Resbublikası ilə düşmənçilik edən ölkələrdə inkişaf, tərəqqi, demokratiya, insanların azad və rifah yaşayışı təmin olunub?

İran öz ölkəsində yaşayan bütün xalqları əsarət altında saxlamaqla, demokratiyadan uzaq, cəmiyyəti zopa gücünə idarə etməklə, molla rejiminin daha çox yaşaması üçün əllərindən gələni edirlər. Bu xalqa xidmət deyil. Bu baxımdan İranın daxili işlər naziri ölkəsinin daxili işlərilə məşğul olsaydı daha yaxşı olardı".

Ç.Qənizadə qeyd edib ki, Azərbaycan İrana düşmənçilik etmək niyyətində deyil:

"Biz həmişə İrana dost əlimizi uzatmışıq, amma torpaqlarımız işğal altında olarkən islam respublikası olan İran işğalçının yanında oldu. 30 il işğal müddətində ərazilərimizdəki bütün dövlət və şəxsi mülkiyyətlərin darmadağın edilməsində, tikinti materiallarının daşınmasında iştirak etdi və işğalçıya yardım etdi. Bu gün də Qarabağda olan bir qrup seperatçı rejimə yardım etməyə cəhd göstərirlər və biz bunun qarşısnı artıq ala bilmişik.

İran son səfirliyimizə terror aktından sonra bir daha iç üzünü açmış oldu və Azərbaycana düşmən münasibətdə olduğunu qabarıq şəkildə büruzə verdi. Biz yenə də İrana düşmənçilik etmək istəmirik. İranın ən çətin anlarında biz 3-cü ölkə olaraq ərazimizdən İrana qarşı hər hansı bir istifadəyə yol verməyəcəyimizi bəyan etmişdik. Amma təəssüf ki, İran bundan sui-istifadə edir, Azərbaycanda müəyyən terrrorçu dəstələrini yetişdirir, onları İrana dəvət edərək təlim məşqləri keçirir və onları maliyyələşdirib yenidən Azərbaycana göndərir. İran öz etdiklərini və Azərbaycanın etdiklərini qarşıya qoyaraq müqayisə edib, ədalətli baxış həyata keçirtsə, İranın Azərbaycana düşmənçilik etdiyinin şahidi olar".

Hüquq müdafiəçisi əlavə edib ki, İran regionda sülhün bərqarar olmasına, Zəngəzur dəhlizinin açılmasına maneəçilik törədir:

"Bölgədə sülh prosesinin başa çatması, Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin bağlanmasına dolayı yolla təsir göstərən dövlət Azərbaycana "dostunam" deyə bilməz".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR