İnsanlara hürriyət, millətlərə istiqlal!

Çində iqtisadi artım zəiflədi

265 15.07.2024 13:07 Dünya A A

Çin iqtisadiyyatı 2024-cü ilin ikinci rübündə illik müqayisədə 4,7 faiz böyüyüb.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı Çin Milli Statistika İdarəsi (GSO) açıqlayıb.

Rəqəmlər göstərir ki, ikinci rübdə ÜDM artımı birinci rübdəki 5,3 faizdən yavaşlayıb. İkinci rübdəki iqtisadi artım 2023-cü ilin yanvar-mart aylarından bəri ən aşağı göstəricidir.

"Trading Economics" analitiklərinin konsensus proqnozu iqtisadi artım tempinin 5,1 faizə qədər zəifləyəcəyini nəzərdə tuturdu.

Aprel-iyun aylarında Çinin ÜDM-də əvvəlki üç aya nisbətən artım 0,7 faiz təşkil edib. Birinci rübdə, yenidən işlənmiş məlumatlara görə, rüblük artım əvvəllər bildirildiyi kimi, 1,6 faiz deyil, 1,5 faiz təşkil edib.

Ölkədə iqtisadi artımın ləngiməsi daşınmaz əmlak bazarında davam edən tənəzzül, zəif istehlak tələbi, eləcə də Qərblə ticarət gərginliyinin artması ilə bağlıdır. İlin birinci yarısında Çinin ÜDM-i 5 faiz artıb.

Hökumət 2024-cü ilin yekununda 5 faizlik iqtisadi artıma nail olmağı hədəfləyir. Ötən il Çin ÜDM-i 5,2 faiz artıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR