İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin ABŞ hərbi gəmisini öz ərazi sularından çıxarıb

359 26.11.2023 00:21 Dünya A A

Çin hərbçiləri ölkənin Cənubi Çin dənizindəki ərazi sularına daxil olan ABŞ-ın “USS Hopper” hərbi gəmisini çıxarıblar.

Bu barədə CGTN telekanalı Çin Xalq Azadlıq Ordusunun cənub döyüş komandanlığına istinadən məlumat yayıb.

"Çinin Cənubi Çin dənizi adaları və ona bitişik sular üzərində danılmaz suverenliyi var, Cənubi Döyüş Komandanlıq Zonasının qoşunları həmişə yüksək hazırlıq vəziyyətindədir", - telekanal bildirib.

Qeyd olunur ki, Çin ordusu xarici gəmini izləmək və xəbərdarlıq etmək üçün dəniz və hava qüvvələrini səfərbər edib.\\"Report" 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR