İnsanlara hürriyət, millətlərə istiqlal!

Çexiyada keçiriləcək tətildə bir milyona yaxın insan iştirak edəcək

533 27.11.2023 11:37 Dünya A A

Bu gün Çexiyada keçiriləcək tətildə bir milyona yaxın insan iştirak edəcək.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu, ölkə tarixində ən böyük tətil olacaq.

Bunun yüzlərlə Çexiya müəssisə və firmasını, eləcə də məktəb müəssisələrinin 70%-nin işçilərini əhatə edəcəyi gözlənilir.

“Tətilin məqsədi respublika hökumətini cəmiyyətdə baş verənlər barədə düşünməyə məcbur etməkdir. Əgər onlar (nazirlər) fikirləşsələr ki, belə bir hərəkəti sanki diqqətdən kənarda qoymaq olar, o zaman cəmiyyətdəki əhval-ruhiyyə daha da pisləşə bilər”, - Çexiya-Moraviya Həmkarlar İttifaqları Konfederasiyasının (CMTU) rəhbəri Yozef Strşedula deyib.

O əlavə edib ki, insanlar hakimiyyətin onlara qulaq asmadığına inandıqları üçün aksiyaya dəstək vermək qərarına gəliblər.

Bildirilir ki, Çexiyanın bütün regionlarında mitinqlər və yürüşlər keçiriləcək. Praqada etirazçılar Malostranska meydanında parlamentin qarşısında toplaşacaqlar. Bundan əlavə, bir çox müəssisə istehsal prosesini ən azı bir saat dayandırmağı planlaşdırır. İstehsalın dayandırılması mümkün olmayan zavod və fabriklərdə işçilər tətilçilərə dəstək sözləri yazılmış plakatlar asacaqlar.

Tətilin səbəbi bu yaxınlarda parlament tərəfindən təsdiq edilmiş və dövlət başçısı tərəfindən imzalanmış dövlət maliyyəsinin yaxşılaşdırılması üzrə tədbirlər paketi olub. Bu, dövlət subsidiyalarının azaldılmasını, bir sıra mal və xidmətlərə ƏDV-nin artırılmasını, bir sıra vergi güzəştlərinin ləğvini, pensiyaların ödənilməsi şərtlərinin dəyişdirilməsini və digər sərt tədbirləri nəzərdə tutur. Həmkarlar ittifaqları və müxalifət hesab edir ki, islahatlar inflyasiyanın yüksəlməsinə, vətəndaşların həyat səviyyəsinin aşağı düşməsinə, iqtisadi artıma mənfi təsir göstərəcək.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR