İnsanlara hürriyət, millətlərə istiqlal!

"Çelsi"dən Xabi Alonso ilə bağlı qərar

1165 17.05.2026 18:54 İdman A A

"Çelsi" klubu rəsmi saytı vasitəsilə Xabi Alonsonun komandanın yeni baş məşqçisi vəzifəsinə təyin olunduğunu elan edib.

İspaniyalı mütəxəssis iyulun 1-dən etibarən vəzifəsinin icrasına başlayacaq. Alonso ilə imzalanmış müqavilənin müddəti dörd il təşkil edir.

"Onun bu təyinatı klubun zəngin təcrübəsinə, məşqçilik qabiliyyətinə, oyun fəlsəfəsinə, liderlik xüsusiyyətlərinə, xarakterinə və dürüstlüyünə olan inamını nümayiş etdirir. Sadalanan bu cəhətlər mütəxəssisin "Çelsi"nin növbəti inkişaf mərhələsinə rəhbərlik etməyə dəvət olunmasında həlledici amillər olub", - deyə London klubunun yaydığı bəyanatda qeyd olunur.

Qeyd edək ki, Alonsonun sonuncu iş yeri "Real Madrid" olub. O, 2025-ci ilin yayından 2026-cı ilin yanvarına qədər sözügedən komandaya rəhbərlik edib. (Oxu.Az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR