İnsanlara hürriyət, millətlərə istiqlal!

Çavuşoğlu: İran Türkiyə-Rusiya-Suriya formatında görüşlərə qatılacaq

296 08.03.2023 19:01 Son xəbər A A

Türkiyə İranın Türkiyə-Rusiya-Suriya formatında görüşlərə qatılmasına etiraz etmir.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu iranlı həmkarı Hüseyn Əmir Abdullahiyan ilə birgə mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, bu format çərçivəsində yaxın zamanda XİN rəhbərlərinin görüşü olacaq və görüşdə İran tərəfi də iştirak edəcək.

Nazirin sözlərinə görə, görüşə hazırlıqla əlaqədar Moskvada texniki heyətlər də bir araya gələcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR