İnsanlara hürriyət, millətlərə istiqlal!

Çavuşoğlu Ceyhun Bayramovla danışıb - YENİLƏNİB

459 11.01.2023 15:42 Siyasət A A

Yanvarın 11-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

Bu barədə Musavat.com-a Azərbaycan XİN-dən məlumat verilib.

Xarici işlər nazirləri Azərbaycanla Türkiyə arasında ikitərəfli və regional əməkdaşlıq gündəliyinin aktual məsələlərini müzakirə ediblər.

Nazirlər həmçinin çoxtərəfli platformalarda əməkdaşlıq, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

***

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.

Musavat.com xəbər verir ki, bu barədə Türkiyə XİN-dən bildirilib.

Qeyd olunub ki, telefon danışığı zamanı ikitərəfli əlaqələr və Türk Dövlətləri Təşkilatı müzakirə edilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR