İnsanlara hürriyət, millətlərə istiqlal!

CAS Nurlan İbrahimovla bağlı qərarı qüvvədə saxlayıb

817 06.10.2022 16:05 İdman A A

İdman Arbitraj Məhkəməsi (CAS) “Qarabağ” klubunun sabiq mətbuat katibi Nurlan İbrahimovun cəzasını qüvvədə saxlayıb.

Bu barədə “Report”a açıqlamasında N.İbrahimovun vəkili Fərid Haqverdiyev bildirib.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsi zamanı “Facebook” səhifəsində ermənilərlə bağlı paylaşımına görə Nurlan İbrahimovu UEFA futboldan ömürlük uzaqlaşdırıb. “Qarabağ” klubu isə 100 000 avro cərimələnib.

İbrahimov yanvarın 19-da klubdan ayrıldığını açıqlayıb.

İdman Arbitraj Məhkəməsi (CAS) onun şikayəti ilə bağlı qərarı ilk dəfə 2021-ci il dekabrın 22-də açıqlamalı idi. Lakin qərarın tarixi indiyədək dəfələrlə təxirə salınıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR