İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu qidalar xərçəng yaradır - HƏKİM AÇIQLADI

1500 03.02.2024 19:36 Yaşam A A

Alkoqol, qırmızı ət, kolbasa, nitrat gübrələrində yetişdirilən tərəvəz və meyvələr, hisə verilmiş ət və turşular, souslar, marqarin, həmçinin şirin soda tərkibində çoxlu sayda kanserogen maddələr (xərçəngə səbəb olan kimyəvi maddələr) olur.

Musavat.com xəbər verir ki, bunu həkim-terapevt Varvara Ruban “İzvestiya” nəşrinə deyib.

Onun sözlərinə görə, spirt mədə, yemək borusu, qaraciyər və digər qidalanma ilə əlaqəli orqanların xərçənginə səbəb ola bilər.

"Qırmızı ət çox yeyildikdə zərərlidir. Ət mədə-bağırsaq traktında parçalandıqda bağırsağın selikli qişasına təsir edən nitro birləşmələri əmələ gəlir, bu neoplazmalara səbəb ola bilər (kişilərdə isə prostat şişlərinin inkişaf riski var)", - o deyib.

Həkim qeyd edib ki, ət çox bişməməlidir. Kolbasalara isə istehsal zamanı bədəndə kanserogenlərə çevrilən nitritlər əlavə olunur.

ac460fa1953155c80dda6e73c3abab94.jpg (149 KB)

Tərəvəz və meyvələr nitrat gübrələrindən istifadə edilərək becərildiyi təqdirdə təhlükəli ola bilər. Bu səbəbdən mütəxəssis belə məhsulları yaxşıca yumağı tövsiyə edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR