İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ölkəni peşman edəcəyik - Zaxarova

7421 28.05.2024 16:53 Dünya A A

Rusiya Polşa diplomatlarının hərəkətini məhdudlaşdırmaq üçün cavab tədbirləri görəcək ki, Rusiyaya nifrət edən Polşa elitası peşman olsun.

Musavat.com axar.az-a istinadən bildirir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Ətraflı

"Təfərrüat hələ məlum deyil. Polşa Xarici İşlər Nazirliyinin notası açıqlanıb. Biz onu alandan sonra araşdırıb, cavab tədbirləri görəcəyik ki, rus nifrətində boğulan Polşa elitası növbəti antirusiya addımlarına görə qəti şəkildə peşman olsun", - o bildirib.

Qeyd edək ki, bundan öncə Polşanın xarici işlər naziri Radoslav Sikorski ölkə örazisində rus diplomatların hərəkətini məhdudlaşdırdıqlarını açıqlamışdı. Belə ki, Rusiya səfirliyinin əməkdaşları yalnız paytaxtda hərəkət edə biləcəklər, konsulluq əməkdaşları isə işlədiyi regiondan kənara çıxa bilməz. Məhdudiyyət halnız səfirin özünə tətbiq edilməyəcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR