İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ölkədə 28 minə yaxın deputat SEÇİLDİ

685 28.11.2023 10:46 Dünya A A

Koreya Xalq Demokratik Respublikasında (KXDR) səsvermə nəticəsində yerli və regional səviyyələrdə xalq məclislərinin 27 858 deputatı seçilib, namizədlərin dəstəyi 99 faizdən çox olub.

Musavat.com xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) Mərkəzi Seçki Komissiyasına istinadən məlumat yayıb.

Seçkilərin uğurla keçdiyi qeyd edilir.

Belə ki, fəhlələr, kəndlilər, ziyalılar və idarəetmə aparatının nümayəndələri mərkəzin tabeliyində olan quberniya, şəhər və qraflıqların xalq məclislərinin deputatları olublar.

Məlumata görə, KXDR-də seçkilər alternativsiz keçirilir. Əyalət səviyyəsində deputatlığa namizədlərin lehinə 99,91%, əleyhinə 0,09% səs verilib. Şəhər və rayonlar səviyyəsində namizədlərə dəstək 99,87 faiz, əleyhinə isə 0,13 faiz təşkil edib.

Seçkilərdə seçicilərin 99,63 faizi iştirak edib. Xaricdə və ya dənizdə olan şəxslər səsvermədə iştirak etməyiblər. Onlar seçicilərin 0,37%-ni təşkil edib. 

Ölkə lideri Kim Çen In səsvermədə iştirak edib. 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR