İnsanlara hürriyət, millətlərə istiqlal!

"Bu il 16 700 nəfərin özünüməşğulluq proqramına cəlb olunması nəzərdə tutulur"- ƏƏSMN  

450 09.06.2022 15:26 Sosial A A

Azərbaycanda 12 721-dən artıq Vətən müharibəsi qazisi və 80 mindən artıq müharibə iştirakçısı var.

Musavat.com xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli Vətən müharibəsi qazilərinin məşğulluğunun təmin edilməsi, onlara göstərilən sosial dəstəklə bağlı keçirilən mətbuat konfransında deyib.

O qeyd edib ki, indiyə qədər bu kateqoriyadan olan 17 min şəxslə bilavasitə iş aparılıb və 12 188 şəxs özünüməşğulluq proqramlarına cəlb olunub.

M.Abbasbəyli əlavə edib ki, bu il ərzində isə 16 700 nəfərin özünüməşğulluq proqramına cəlb olunması nəzərdə tutulur: "805 nəfər ictimai işlərə cəlb olunub. 4 minə yaxın təklif olunan iş yerindən imtina edilib. İmtina etmələrinə səbəb onların bu işə ehtiyaclarının olmaması göstərilib”.

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR