İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu gün Brüsseldə soydaşlarımızın “Azadlıq və ədalət yürüşü” adlı mitinqi keçiriləcək - VİDEO

424 25.03.2023 13:47 Dünya A A

Bu gün (25 mart) Avropa vaxtı ilə saat 14:00-da  Brüsseldə Güney Azərbaycan türklərinin “Azadlıq və ədalət yürüşü” adlı mitinqi keçiriləcək.

Musavat.com xəbər verir ki, bu barədə Güney Azərbaycan türkləri hələ bir neçə gün öncədən çağırış etmişdi. 

Çağırışda bildirilirdi ki, “Azadlıq və ədalət yürüşü”nə bütün türklər dəvətlidir:

“Avropada yaşan bütün türkləri Güney Azərbaycanın “Azadlıq və ədalət yürüşünə” çağırırıq! Bu mitinqdə Güney Azərbaycan türklərinin faşist və irqçi İran rejiminə qarşı mücadiləsinin haqq səsi bütün azad dünya ictimaiyyətinə çatdırılacaq”.

Məlumata görə mitinqdə İran rejiminin son aylarda ortaya çıxan narazılıqları qanla basdırmasına etiraz ediləcək:

Çağırış müəllifləri, “biz Güney Azərbaycan türkləri olaraq, belə bir gündə Quzey Azərbaycan, Türkiyə və bütün türk dünyasından olub Avropada yaşayan soydaşlarımızı da yanımızda görmək istəyirik və onları bizə dəstək verməyə dəvət edirik. Bu gün bütün türklərin İran-fars faşizminin qarşısında tək vücud olduğunu göstərmək günüdür. Bütün türk dünyasının vahid ruh və bədən olduğunu bütün dünya bir daha görsün”, - deyir.

Çağırış “Yaşasın Azərbaycan!”, “Yaşasın türk dünyası!”, “Azadlıq, Ədalət, Milli Hökumət!” şüarları ilə bitir.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR