İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ərazilərdə siqaret çəkənlər 30 AZN cərimələnəcəklər - VİDEO

3831 15.02.2024 16:12 Ölkə A A

"İnsanların sıx toplaşdığı ərazilərdə, əsasən dayanacaqlarda və bankomatların önündə tütün məmlumatlarından istifadə etmə halları var".

Bu sözləri DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev deyib.

"Xəbərin olsun" verilişinə danışan Nurlan Əliyev belə yerlərdə siqaret çəkənləri 30 AZN cərimə gözlədiyini bildirib:

"Əgər nəzərdə tutulmayan yerlərdə şəxs siqaret çəkərsə, onun barəsində 30 AZN məbləğində inzibati tənbeh tədbiri tətbiq edilir".

Nurlan Əliyev onu da bildirib ki, ictimai yerlərdə yüksək səslə danışanlar, ünvansız söyüşlər səsləndirməklə ictimai asayiş qaydalarını kobud şəkildə pozanlar polis əməkdaşları tərəfindən həmin an aşkarlanarsa, onun qarşısı alınır və o şəxs barəsində qanun çərçivəsində tədbir görülür.

Ətraflı videoda:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR