İnsanlara hürriyət, millətlərə istiqlal!

BU DƏQİQƏLƏRDƏ: İrəvan AYAĞA qalxır, “Paşinyan, get!” mitinqi BAŞLANIR – CANLI

1541 20.02.2024 16:00 Ölkə A A

Bu gün “Miasin” alternativ ictimai-siyasi hərəkatının Koordinasiya Şurası İrəvanda “arsax hərəkatı”nın növbəti ildönümünə həsr olunmuş mitinq keçirəcək. Məlumata görə, mitinqdə əsas tələb “arsax”ı təslim edənlərin istefası olacaq. Bildirilib ki, mitinqdə Nikol Paşinyanın Ermənistanın baş naziri postundan istefa verməsinin 100-dən çox səbəbi açıqlanacaq.

Ermənistan Demokratik Partiyasının rəhbəri Aram Sərkisyanın sözlərinə görə, mitinq iştirakçıları əvvəlcə Yerablur panteonuna gedəcək, daha sonra Azadlıq meydanında toplanacaq.

Bu arada, fevralın 12-də Azərbaycanla Ermənistan arasındakı şərti sərhəddin Zəngilan rayonu istiqamətində atəşkəsi pozaraq hərbçimizi yaralamaqda əli olan şəxslər həbs oluna bilər.

Ermənistan Hərbi Polisi məlumat yayıb. Qeyd olunub ki, Ermənistan Müdafiə Nazirliyi təxribat zamanı Azərbaycan tərəfinin qeydə alaraq yaydığı görüntüləri şərh edə bilməyib.

Fevralın 12-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Qafan-Zəngilan hissəsində erməni mühafizəçilərin atəş açması ilə bağlı Azərbaycan mətbuatında yayılan məlumat araşdırılır. İlkin məlumata görə, fevralın 12-də bu ərazidə yuxarı komandanlığın hərbi qulluqçunun atəş açması barədə yazılı əmri olmayıb. Bu hal təsdiq olunarsa, əmri pozmaqda təqsirli olan şəxslər məsuliyyətə cəlb olunacaqlar.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu polkovnik Şair Ramaldanovla söhbətləşir.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR