İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu akademiyanın adı dəyişdirilir

1356 14.05.2024 16:23 İdman A A

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası yenidən təşkil edilir.

Musavat.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, təhsil müəssisəsi Gənclər və İdman Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Azərbaycan İdman Akademiyasına çevrilmə yolu ilə yenidən təşkil olunur.

Qərarla “Azərbaycan İdman Akademiyasının Nizamnaməsi” təsdiqlənib.

Gənclər və İdman Nazirliyi bu Qərar qüvvəyə mindiyi tarixdən üç gün müddətində Azərbaycan İdman Akademiyasının “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanuna uyğun olaraq dövlət qeydiyyatına alınması üçün zəruri tədbirlərin görülməsini təmin etməlidir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR