İnsanlara hürriyət, millətlərə istiqlal!

Brüssel görüşü bu saatda başlayacaq- Azərbaycan əleyhdarları toplanır...

877 05.04.2024 10:49 Siyasət A A

Bu gün - aprelin 5-də Ermənistanın Baş naziri Nikol Paşinyan, ABŞ Dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen arasında üçtərəfli görüş keçiriləcək.

Musavat.com xəbər verir ki, görüş Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Qeyd edək ki, rəsmi Bakı bu gün Brüsseldə keçiriləcək görüşlə bağlı narahatlığını dəfələrlə dilə gətirib.

Eyni zamanda ötən gün Rusiya və Türkiyə də görüşün bölgə üçün uğurlu olmadığını bildiriblər. Bölgədə yalnız görüşə susqunluq nümayiş etdirən İrandır. 

Musavat.com
 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR