İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniya hərbi büdcəsini 6 milyard dollar artıracaq

255 13.03.2023 10:27 Son xəbər A A

Böyük Britaniya hökuməti Ukraynadakı münaqişə fonunda növbəti iki il ərzində müdafiə xərclərini 6 milyard dollar artıracaq.

Bu barədə Böyük Britaniyanın baş naziri Rişi Sunakın dəftərxanasının yaydığı bəyanatda deyilir. Hərbi büdcənin artırılması ilə bağlı maddə Böyük Britaniyanın təhlükəsizlik, müdafiə və xarici siyasət məsələləri kompleks icmalının yenilənmiş versiyasında öz əksini tapacaq. İcmalın yenilənmiş versiyası martın 13-də dərc olunacaq.

Bəyanatda qeyd olunur ki, 3,6 milyard dollar nüvə silahları qarşısının alınması qüvvələrinin inkişafı üçün istifadə olunacaq, qalan məbləğ isə Ukraynaya göndərilən silah-sursat ehtiyatlarının artırılmasına yönəldiləcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR