İnsanlara hürriyət, millətlərə istiqlal!

Borrell: "Çin Rusiyanın məğlubiyyətinin geosiyasi üstünlüklərini ələ keçirəcək"

348 12.05.2023 12:24 Son xəbər A A

Çin Rusiyanın Ukraynadakı məğlubiyyətinin geosiyasi üstünlüklərini ələ keçirəcək və Brüssel Pekinin qlobal ambisiyalarına cavab verməlidir.

APA “Financial Times”ə istinadən xəbər verir ki, Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrellin üzv ölkələrin xarici işlər nazirlərinə ünvanladığı məktubunda belə qeyd olunub.

Borrell əlavə edib ki, Aİ ölkələri Pekinin artan millətçiliyi və güclənən ABŞ-Çin rəqabəti ilə bağlı ardıcıl strategiya müəyyənləşdirməlidir:

“Çin məsələsi Rusiya məsələsindən daha mürəkkəbdir. Aydındır ki, Çinin ambisiyası mərkəzində Çinin dayandığı yeni dünya nizamı inşa etməkdir. Rusiyanın Ukraynadakı məğlubiyyəti Çini öz trayektoriyasından çıxarmayacaq. Çin bunun geosiyasi üstünlüyündən yararlana biləcək”.

Borrell əlavə edib ki, bir sıra ölkələr Çinin geosiyasi nüfuzunu Qərblə, Avropa ilə balans əldə etmək üçün nəzərdən keçirir və Aİ bundan xəbərdar olmalıdır.

“Onlar (həmin ölkələr) heç bir tərəf tutmadan öz manevr imkanlarını genişləndirməyə çalışacaqlar”, - Borrell qeyd edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR