İnsanlara hürriyət, millətlərə istiqlal!

Bordyuja: “Ermənistanın hərəkətləri şıltaqlıqdır, siyasətdə isə bu, qəbuledilməzdir”

701 27.11.2023 12:51 Dünya A A

 

“Ermənistan hakimiyyətinin KTMT hadisələrini boykot etməsini necə qiymətləndirmək olar və Qərb Ermənistan üçün təhlükəsizlik sahəsində Rusiyanı əvəz edə bilərmi?”

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) keçmiş baş katibi Nikolay Bordyuja “Primakov mühazirələri” IX Beynəlxalq Forumu çərçivəsində  bu sualları cavablandırıb.

“Ermənistan hakimiyyətinin KTMT ilə bağlı hazırkı mövqeyini necə qiymətləndirərdiniz və bu, Ermənistanın təşkilatdan çıxmasına səbəb ola bilərmi?",-deyə Bordyujaya bu sual ünvanlanıb.

Bəli, hər şeyə səbəb ola bilər. Hesab edirəm ki, bu, çox böyük siyasi səhvdir, bunlar şıltaqlıqdır, siyasətdə isə şıltaqlıqlar qəbuledilməzdir. Vəziyyəti ayıq şəkildə qiymətləndirmək lazımdır. Ermənistanın zatən ətrafında  çoxlu dostu yoxdur və indi o, hər bir dostdan iki əlli yapışmalıdır. Bəzən dostlar da müəyyən səhv hərəkətlərə yol verə bilər. Amma mən məsələn, Rusiya tərəfindən heç bir səhv görməmişəm, ona görə də hesab edirəm ki, bu, sadəcə olaraq Ermənistan rəhbərliyinin siyasi səhvidir”,-deyə o bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR