İnsanlara hürriyət, millətlərə istiqlal!

Bolqarıstan Rusiya qazının tranzitinə vergi tətbiq edib

522 15.10.2023 17:02 İqtisadiyyat A A

Bolqarıstan Rusiya qazının öz ərazisindən tranzit axınına vergi tətbiq edib və bu, onsuz da narahat olan Avropa qaz bazarında yeni qeyri-sabitlik dalğasına səbəb olub.

“Report” xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Qqüvvəyə minmiş qanuna əsasən, Bolqarıstan tranzitlə nəql edilən Rusiya qazının hər meqavat-saatına görə 20 lev (10,76 ABŞ dolları - Qeyd) vergi tutacaq. Bu, Amsterdamdakı Avropa qovşağında qazın qiymətinin təxminən 20%-ni təşkil edir.

Bolqarıstan öz ehtiyacları üçün Rusiya qazını idxal etməsə də, Macarıstan, Serbiya və Avropanın cənubundakı digər ölkələrə nəql olunan boru kəmərinin əhəmiyyətli bir hissəsi ondan keçir. Yeni vergi, tədarükün kəsilməsi təhlükəsi səbəbindən onsuz da təlatümlü bazara qeyri-müəyyənlik əlavə edir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR