İnsanlara hürriyət, millətlərə istiqlal!

Bodrumda iki nəfəri öldürən şəxsin xaricə qaçdığı güman olunur

542 29.11.2023 14:51 Dünya A A

Türkiyənin Bodrum şəhərində iki rus qadını - Dayana və İrina Dvizovları qətlə yetirməkdə şübhəli bilinən şəxs, 45 yaşlı Andrey Kusleviçin cinayəti törətdikdən sonra oğlu ilə birlikdə xaricə qaçdığı güman olunur.

Musavat.com yerli KİV-ə istinadən xəbər verir ki, həmin şəxs Litva vətndaşıdır, bir müddət Rusiyada yaşayıb, qanunla bağlı problemlər olub. 2017-ci ildə Kusleviç əvvəllər törətdiyi oğurluğa görə Monako hakimiyyətinin tələbi ilə Moskvada saxlanılıb. Məhkəmə ekstradisiya tələbini təmin edib, lakin istintaq təcridxanasına gedərkən cinayətkar kilidi sındıraraq qaçıb.

Andrey Kusleviç daha sonra İrina Dvizova ilə evlənib və onların bir oğlu doğulub. Hazırda onun beş yaşı var. Türkiyə təhlükəsizlik rəsmiləri cinayətkarın ikiqat qətldən sonra uşaqla birlikdə Litvaya qaçmış ola biləcəyinə inanırlar.

Xatırladaq ki, yol kənarında güllə yaraları olan qadın və qızının meyiti tapılıb. Qatil onları mələfəyə büküb və iplə bağlayıbmış.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR