İnsanlara hürriyət, millətlərə istiqlal!

BMT-nin Haaqadakı məhkəməsi Azərbaycana qarşı qərar verəcək

7474 10.11.2023 23:50 Dünya A A

Noyabrın 17-də Haaqa Beynəlxalq Məhkəməsi Dağlıq Qarabağda vəziyyətin gərginləşməsi ilə əlaqədar Bakını irqi ayrı-seçkiliyə dair konvensiyanı pozmaqda ittiham edən Ermənistanın iddiası üzrə Azərbaycana qarşı müvəqqəti tədbirlərlə bağlı qərar verəcək.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə qurumun bəyanatında deyilir.

“Beynəlxalq Ədalət Məhkəməsi 2023-cü il noyabrın 17-də Ermənistanın 2023-cü il sentyabrın 28-də irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında beynəlxalq konvensiyanın tətbiqi ilə bağlı iş üzrə təqdim etdiyi müvəqqəti tədbirlərin göstərilməsi tələbi üzrə qərar verəcək”, - bəyanatda deyilir.

Sentyabrda Ermənistan Azərbaycana qarşı BMT məhkəməsində iddia qaldırıb. Erməni tərəfi məhkəmədən “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında beynəlxalq konvensiyada təsbit olunmuş hüquqların qorunması və müdafiəsi üçün” müvəqqəti tədbirlər görməsini tələb edib. Ümumilikdə on belə tədbir var və onların hamısı Azərbaycan tərəfinə qarşı tələbləri əks etdirir.

Ötən ayın sonunda Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov bildirib ki, Bakı Dağlıq Qarabağla bağlı “min səhifəlik sübuta” əsaslanaraq İrəvana qarşı Beynəlxalq Cinayət Məhkəməsində (ICC) iddia qaldırıb.

Bundan əvvəl Gürcüstanda Ermənistan və Azərbaycanın baş nazirləri arasında saatlarla davam edən danışıqlar olub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR