İnsanlara hürriyət, millətlərə istiqlal!

BMT İsraildən Colan təpələrini tərk etməyi tələb edir

583 29.11.2023 12:08 Dünya A A

BMT Baş Assambleyası çərşənbə axşamı İsraili işğal altındakı Colan təpələrini azad etməyə çağıran qətnamə qəbul edib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, sənədə 91 ölkə səs verib. Rusiya, Braziliya, Hindistan, Çin, Səudiyyə Ərəbistanı qətnamənin lehinə, ABŞ və Böyük Britaniya daxil olmaqla 8 ölkə isə əleyhinə səs verib, 62 ölkə bitərəf qalıb. Qətnamənin həmmüəllifləri kimi Əlcəzair, Venesuela, Misir, İordaniya, İraq, Qətər, Şimali Koreya, Kuba, Küveyt, Livan, Mavritaniya, BƏƏ, Suriya və Tunis çıxış ediblər.

Sənəd səkkiz bənddən ibarətdir ki, bunlardan birincisi İsrailin BMT Təhlükəsizlik Şurasının 1981-ci il tarixli 497 saylı qətnaməsinə hələ də əməl etməməsi ilə bağlı bəyanatdır ki, bu da ölkədən Colan təpələri üzərində İsrailin yurisdiksiyasını təsis edən qanunu ləğv etməsini tələb edir. Bundan əlavə, qətnamədə “Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq İsrailin bütün işğal olunmuş Suriya Colanından 4 iyun 1967-ci ildə mövcud olan xəttə çəkilməsini” tələb edir. Qətnamədə həmçinin göstərilir ki, İsrailin Colan təpələrini işğal etməsi bölgədə sülhün əldə olunmasına maneədir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR