İnsanlara hürriyət, millətlərə istiqlal!

Bitkoin yenə zirvəyə doğru gedir

710 24.11.2023 20:16 Dünya A A

Bitkoinin qiyməti 2022-ci il mayın 4-dən bəri ilk dəfə olaraq 38 min dolları ötüb.

Musavat.com xəbər verir ki, “Coindesk” platformasının məlumatına əsasən bu günkü hərraclarda bitkoinin dəyəri 3,08 faiz artaraq 38 330 min dollara çatıb.

Qeyd edək ki, Bitkoinin qiyməti sonuncu dəfə 2022-ci il mayın 4-də 38 min dolları keçib. Bitkoin blokçeyn texnologiyasına əsaslanan eyniadlı kriptovalyutanın mərkəzləşdirilməmiş sistemidir və sistemin iştirakçısı olan istənilən istifadəçi tərəfindən “minalana” (verilə bilər). Bunun üçün yeni sistem blokları yaradılmalıdır.
Sistemin konsepsiyası 2008-ci ilin noyabrında “Satoshi Nakamoto” təxəllüslü müəllif (bəlkə də müəlliflər qrupu) tərəfindən dövriyyəyə buraxılıb. Son illərdə sürətlə populyarlaşan Bitkoin emissiyası məhduddur; Bitkoinlərin çoxu artıq alınıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR