İnsanlara hürriyət, millətlərə istiqlal!

Bir məşqçinin iki talibi var – Yıldırım da Mourinyo deyir, Koç da

875 15.05.2024 19:35 İdman A A

“Fənərbağça”nın keçmiş prezidenti Aziz Yıldırım klubdaxili seçki ərəfəsində hazırkı klub prezidenti Ali Koça qarşı namizədliyini açıqlayaraq, yenidən seçiləcəyi təqdirdə komandanın başına məşhur məşqçi Joze Mourinyonu gətirəcəyi barədə vəd verib.

Musavat.com Türkiyə mediasına istinadla xəbər verir ki, Aziz Yıldırım “Fənərbağça"nın hər zaman böyük məşqçilər və ulduz futbolçularla çalışması lazım olduğunu vurğulayıb.

Ali Koç da hərəkətə keçib və baş məşqçi İsmayıl Kartal ilə yollarını ayırmağa qərar verərək, Joze Mourinyonu öz potensial məşqçilər siyahısına daxil edib.

Beləliklə, Seçkidə hansı namizədin qalib gələcəyi bilinməsə də, bir şey məlumdur: “Fənərbağça” və Türkiyə futbolunun Joze Mourinyo kimi məşhur mütəxəssisi yaxından tanımaq imkanı var.

Bildirilir ki, o, çalışdırdığı klublara qazandırdığı yüksək səviyyə, əldə etdiyi beynəlxalq uğurlarla adını dünya futbol tarixinə böyük hərflərlə yazan bir adamdır.

Mourinyo Çempionlar Liqası, Avropa Liqası, Konfrans Liqası, Premyer Liqa, La Liqa, Serie A, Portuqaliya Liqası kimi yüksək səviyyəli yarışma meydanlarında silsiləvi şəkildə qələbələr qazanıb.

“Fənərbağça” camiəsində düşünülür ki, təvazökarlıqdan uzaq, hətta təkəbbürlü olmaqda ittiham olunan, özünü yüksək tutan Mourinyo komanda üçün çox faydalı ola, illərdir kubok və çempionluq qazana bilməyən kluba, nəhayət, birinci olmaq sevinci yaşada bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR