İnsanlara hürriyət, millətlərə istiqlal!

Bir 20 Yanvar xatirəsi - Vasif İsmayılın yazısı

2171 20.01.2018 10:58 Yazarlar A A

Sumqayıt kimi balaca, çoxmillətli sənaye şəhərində böyümüşəm mən. Bizlər sənayeçi ailəsi deyildik - atamız müəllim idi. Amma fəhlə, mühəndis, həkim, paçtalyon uşaqları ilə oynamışam, oxumuşam.

Bizlər kommunist əqidəsinin ən güclü simvolları aşılanaraq böyüdülürdük. İndi nə var ki - məlumat hər yerdədir.

Biz isə xəbərləri ancaq "Günün ekranı"ndan öyrənirdik. Azərbaycan televiziyasında günorta fasiləsindən sonra göstərirdilər. Bəli. bəli.... Əvvəllər televizyada günorta fasiləsi var idi. Yəni "obed". Saat hardasa 2-dən sonra 5-ə qədər TV proqramları olmurdu. Onun yerinə yumru rəng kodunu göstərən ekranı göstərirdilər. Axır illərdə bəzən musiqi çalırdılar.

Günorta fasiləsindən sonra bir-iki veriliş gedirdi, sonra isə "Günün ekranı" başlayırdı.

19 yanvar 1990-cı ildə Azərbaycan televiziyasının ekranı günorta fasiləsi zaman söndü.

SSRİ KGB-si televiziyanın enerji blokunu partlatdı. Camaat xəbər tutub evlərinə dağılmasın, küçələrdə daha çox insan olsun deyə.

Çünki 20 Yanvar kommunist sistemin bir provokasiyası idi. Kommunist Rusiyası üçün insan həyatının heç bir önəmi yox idi. Sumqayıtda provokasiya edib ermənini, ləzgini, rusu, azərbaycanlını qırdılar.

Bakıda 1990-cı ilin Yanvar ayının əvvəlində provokasiya düzəldib ermənilərin evlərinə girdilər. Deyilənə görə, dəhşətli hadisələr yaşanıb.

Amma o sırada camaatın nə danışdığını eşidirdik. Onlar da AXC liderlərinin nələr dediklərini bizə nəql edirdilər.

Mən 1990-cı ildə müxalifət liderlərindən birinin də ermənilər əleyhinə nə isə dediyini, onları qovmaq lazım gəldiyini eşitməmişdim.

Küçələrdə Azərbaycanın ləyaqətinin qorunmasını tələb edən camaatdan biri də erməninin evinə girmədi. Axırda məcbur qalıb öz agentlərini və provokatorlarını işə saldılar.

Amma, sizə ciddi bir şey deyirəm: 20 Yanvar hələ də davam edir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR