İnsanlara hürriyət, millətlərə istiqlal!

Biləsuvarda kanalizasiya quyusuna düşən vəzifəli şəxs öldü

1792 02.06.2022 20:02 Hadisə A A


Biləsuvarda kanalizasiya quyusuna düşən vəzifəli şəxs ölüb.

Hadisə bu gün şəhərin mərkəzi küçələrindən birində baş verib.

Belə ki, bir nəfər Mənzil Kommunal Təsərrüfat Birliyinin əməkdaşı kanalizasiya quyusundakı problemi aradan qaldırmaq üçün quyuya düşüb. Daha sonra o quyuda boğulma təhlükəsi ilə üzləşib. Bu zaman orada olan “JEK”in müdir müavini Allahyar Əsgərov işçisini xilas etmək üçün quyuya enib. Lakin A.Əsgərov əməkdaşı xilas etmək istəyərkən özü quyuda yaranmış qazdan boğularaq ölüb.

Qeyd edək ki, A.Əsgərovun 60 yaşında və ürək problemi olduğu bildirilir.

Digər şəxsin həyatı isə xilas edilib. Hazırda onun vəziyyətinin kafi olduğu qeyd edilib.

Faktla bağlı araşdırma aparılır. (Qafqazinfo)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR