İnsanlara hürriyət, millətlərə istiqlal!

Berlində cinayətkar klan aeroport yolunu bağlayıb

597 28.05.2024 16:33 Dünya A A

Cinayətkar klan bir ailə üzvünün deportasiyasının qarşısını almaq üçün cip və pikap növlü avtomobillərlə Berlin hava limanına gedən yolu bağlayıb.

Musavat.com xəbər verir ki, bu barədə “Focus” portalı məlumat yayıb.

Almaniyada cinayət törətmiş klan üzcü hələ mart ayında öz ölkəsinə - Livana deportasiya olunmalı idi.

“Bild” yazır ki, deportasiyaya federal polis cavabdeh olsa da, bu işə siyasi cinayətlərə görə məsuliyyət daşıyan kriminal polis idarəsi də cəlb edilib.

Nəşrin məlumatına görə, polisə əməliyyatdan əvvəl deportasiya edilməli olan şəxsin adı və ünvanı barədə məlumat verilib. Onun “klan” mənsubiyyəti də göstərilib.

Polis Əl-Zeyn ailəsinə mənsub Livan əsilli kişini aeroporta aparmaq üçün Neuköln bölgəsinə gələndə o, telefon zəngi etmək üçün icazə istəyib. İcazədən sonra deportasiya edilən şəxs bir neçə dəfə kimlərə zəng etdib.

Kişini Berlin Brandenburq hava limanına aparan polis maşını yolda olarkən, bir neçə pikap və cip növlü avtomobil deportasiya qüvvələrinə doğru hərəkət edərək iki yol kəsişməsini bağlayıb. Maşınlarda uşaqlar da olub.

Polisin əlavə qüvvələr çağırmasından sonra klan blokadaya son qoyub. Livan vətəndaşını hava limanına aparıb təyyarəyə mindirmək mümkün olub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR