İnsanlara hürriyət, millətlərə istiqlal!

Belçika millisinin futbolçuları arasında dava

1057 29.11.2022 11:13 İdman A A

Belçika millisində DÇ-2022-nin qrup mərhələsinin 2-ci turunda Mərakeşə 0:2 hesablı məğlubiyyətdən sonra bəzi futbolçular arasında dava düşüb.

Qol.az "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, dünən Kevin De Brüyne, Eden Hazard və Yan Vertenqon arasında böyük mübahisə yaşanıb. Buna futbolçuların bir-birlərinin oyunundan razı qalmaması səbəb olub. Lukakunun müdaxiləsindən sonra davanın daha da böyüməsinin qarşısı alınıb.

Bildirilib ki, son vaxtlar komandada o qədər də yaxşı ab-hava formalaşmayıb, bəzi futbolçular bir-biri ilə ünsiyyət saxlamır. De Brüyne, Tibo Kurtua, Eden Hazard Leandro Trossardla danışmır . Hücumçular Romelu Lukaku və Mişa Batşuayi arasında çox da yaxşı münasibətlər yoxdur.

Futbolçular arasındakı davanı Belçika millisinin baş məşqçisi Roberto Martines təsdiqləyib: "Hazırda komanda daxilində gərginliyin olduğu doğrudur. Bu insanların yüksək eqoları var. Dünyanın ən çətin paltardəyişmə otaqlarından birinə sahibik".

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR