İnsanlara hürriyət, millətlərə istiqlal!

Belçika millisinin baş məşqçisi istefa verib

614 01.12.2022 22:29 İdman A A

Futbol üzrə Belçika millisinin baş məşqçisi Roberto Martines istefa verib.

"Report"un məlumatına görə, bu barədə 49 yaşlı mütəxəssis Qətərdə keçirilən dünya çempionatında Xorvatiya ilə qolsuz heç-heçə etdikləri F qrupunun III tur oyunundan sonra mətbuat konfransında açıqlama verib. O, yığmadakı vəzifəsindən ayrıldığını açıqlayıb.

Martines 2016-cı ildən "qırmızı şeytanlar"a rəhbərlik edirdi.

Qeyd edək ki, Belçika millisi 4 xalla qrupu 3-cü pillədə başa vurub və mundialla vidalaşıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR