İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayden: Trampa edilən sui-qəsd cəhdi bizim müdafiə etdiyimiz hər şeyə ziddir VİDEO

487 15.07.2024 04:00 Dünya A A

ABŞ prezidenti Co Bayden respublikaçı rəqibi Donald Trampa sui-qəsd cəhdini pisləyərək, xalqı birləşməyə çağırıb.

Oxu.Az NDTV-yə istinadən xəbər verir ki, Ağ Evdən verdiyi açıqlamada Bayden bazar günü axşam ABŞ xalqına birlik üçün müraciət edəcəyini bildirib. Prezident həmçinin qeyd edib ki, o, Trampın Pensilvaniyadakı mitinqində baş verənlərlə bağlı hərtərəfli araşdırma aparılmasına göstəriş verib.

"ABŞ-də bu cür zorakılıq üçün yer yoxdur. Həyata qəsd millət olaraq müdafiə etdiyimiz hər bir şeyə ziddir... Biz kim olduğumuzu nümayiş etdirmək üçün bir araya gəlməliyik", - deyə Bayden bildirib.

O əlavə edib ki, şənbə günü baş verən hadisədən sonra Trampla qısa, lakin yaxşı söhbət edib.

Prezident əlavə edib ki, hücumun motivi hələlik məlum deyil və tələsik nəticə çıxarmamağa çağırıb.

Bayden vurğulayıb ki, o, Trampın davamlı təhlükəsizliyini təmin etmək üçün lazım olan bütün resurslar, imkanlar və qoruyucu tədbirləri təmin etmək üçün Məxfi Xidmətə müraciət edib".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR