İnsanlara hürriyət, millətlərə istiqlal!

Baş Prokurorluğun ordumuz haqda neqativ yazılara çevik reaksiyası təqdir edilir

1500 30.07.2022 10:40 Media A A

Baş Prokurorluğun bəzi saytlar və sosial media istifadəçiləri tərəfindən Azərbaycan Ordusunun işgüzar nüfuzuna xələl gətirmək, vətəndaşlar arasında süni ajiotaj yaratmaq, eləcə də dövlətin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi istiqamətində görülən işlərə kölgə salmaq məqsədilə həqiqətə uyğun olmayan informasiyalar tirajlaması barədə yaydığı məlumat hələ də bəzilərinin Aprel və Tovuz döyüşləri, 44 günlük Vətən müharibəsi dərslərindən nəticə çıxarmadıqlarını sübuta yetirir.

Müvafiq qanunvericilik aktlarına münasibətdə opponentlik etməyə çalışanlar ictimai maraqların müdafiəsini diqqətdən qaçırırlar.

Siyasi şərhçi, Əməkdar jurnalist Elçin Mirzəbəyli  musavat.com-a deyib ki, baş verənlərə münasibətdə Baş Prokurorluğun çevik reaksiyası, şübhəsiz ki, təqdir olunmalıdır: “Amma ictimai maraqların müdafiəsi təkcə Baş Prokurorluğun, hüquq-mühafizə və təhlükəsizlik orqanlarının vəzifəsi deyil. Dövlətin vətəndaşlar qarşısında Konstitusiyadan və digər qanunvericilik aktlarından irəli gələn vəzifələri olduğu kimi, vətəndaşların da dövlət qarşısında vəzifə və məsuliyyətləri var. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin III bəndinə əsasən, ”hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir".

Elçin Mirzəbəyli: Azərbaycan döyüş meydanında olduğu kimi hüquq  müstəvisində də Ermənistanı məğlub etdi - AZƏRTAC

Elçin Mirzəbəyli: “Jurnalist adına ləkə olan şəxslərə qarşı daha sərt mübarizə aparılmalıdır”

Baş verənlər “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası silahlı qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 2014-cü il tarixli sərəncamında yer alan məsələlərin aktuallığını da bir daha gündəmə gətirilir. Sözügedən sərəncamda cəbhəboyu zonada yerləşən yaşayış məntəqələrinin sakinləri arasında qoşunların dislokasiyası, hərbi-siyasi və əməliyyat şəraiti, hərbi sahədə Azərbaycan Respublikasının milli təhlükəsizliyinə xələl gətirə bilən digər məlumatların yayılmasının yolverilməzliyi barədə izahat işini təşkil edilməsinin vacibliyi vurğulanır. Respublika Baş Prokurorluğunun məlumatında yer alan məqamlar da sübuta yetirir ki, bu proses davamlı olmalı, maarifləndirmə işi fasiləsiz olaraq həyata keçirilməlidir".

Elçin Mirzəbəyli bildirib ki, bununla yanaşı, Sərəncamda qeyd olunduğu kimi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi də cəbhəboyu zonadakı vəziyyət barədə məlumatların əhaliyə çatdırılması ilə bağlı nazirliyin mətbuat xidmətinin fəaliyyətinin çevikliyini artırmaq üçün tədbirlər görməlidirlər: “Bu proses kampaniya xarakteri daşımamalı, daha peşəkar, daha çevik şəkildə həyata keçirilməlidir. Qeyd olunanlar söz, ifadə və mətbuat azadlığından sui-istifadə edən, nəzarətlərindəki internet resurslarından yararlanmaqla qanunsuz yollarla pul qazanmağa çalışan, cəmiyyət və dövlət qarşısında məsuliyyətini anlamayan, jurnalist adına ləkə olan şəxslərə qarşı daha sərt mübarizə aparılmasını zəruri edir. Söz, ifadə və mətbuat azadlığı heç bir halda vətəndaşın, cəmiyyətin və dövlətin təhlükəsizliyini təhdid etməməli, ictimai maraqları zərbə altına qoymamalıdır.

“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 10-cu maddəsinin 2-ci maddəsində qeyd olunur ki, söz, ifadə, mətbuat və digər hüquq və “azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və ya hüquqlarının müdafiəsi üçün, gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmiyyətə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər. Baş Prokurorluğun həyata keçirdiyi tədbirlər ”İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın tələblərinə tam cavab verməklə yanaşı, həm də Azərbaycan vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsinə, ictimai maraqların müdafiəsinə xidmət edir".

Vüsalə Mahirqızı: Media ilə sosial şəbəkələrin çox ciddi əməkdaşlıq etməsi  artıq qaçılmazdır (MÜSAHİBƏ)

Vüsalə Mahirqızı: “Sözü demisənsə, zəhmət çək, sübut elə, ortaya fakt qoy”

“APA Group” media şirkətinin baş direktoru Vüsalə Mahirqızı musavat.com-a bildirib ki, sosial mediada bir çox hallarda insanların işgüzar nüfuzuna, onların həyatına zərbə vuran, böyük problemlərə yol açan məlumatlar yayılır: “Sosial media terroru baş verir. İnsanların özləri, ailə üzvləri, yaxınları təhqir olunurlar. Bu baxımdan məsələnin hüquqi müstəviyə keçirilməsi ümumilikdə yaxşı haldır. Hazırda Azərbaycanda ictimai rəydə yanlış yönləndirmə var. Kimsə təhqir olunur, tanınan bir şəxsə böhtan atılır, onun işlədiyi qurum rəhbərliyi tələb edir ki, məlumatlar təkzib olunmalıdır. Təhqir obyekti olan, böhtana məruz qalan insandan tələb olunur ki, belə bir halın olmadığını sübut etsin. Halbuki hüquq qaydalarına görə, böhtanı atan dediklərini sübut etməlidir. Sözü kim deyirsə, faktı da ortaya o qoymalıdır”.

Vüsalə Mahirqızı deyir ki, sosial mediada təhqir və böhtanla üzləşmiş insanlar Azərbaycan məhkəmələrindəki bürokratik əngəllərdən dolayı məsələni hüquqi müstəvidə həll etməyə həvəs göstərmirlər: “Qadın və kişi olmasından asılı olmayaraq hər kəs dediyi sözə görə məsuliyyət daşımalıdır. Sözü demisənsə, zəhmət çək, sübut elə, ortaya fakt qoy. Bunu edə bilmirsənsə, zəhmət çək hüquqi müstəvidə cavab ver. Bu baxımdan məsələnin hüquqi müstəviyə keçirilməsini dəstəkləyirəm. Amma bir istisna var. Bu məsələdə məmurlar, ictimai şəxslər artıq proses hüquqi müstəviyə keçir deyə, özlərinin əlaqələrindən, məhkəmələrə təsir imkanlarından sui-istifadə edib onların fəaliyyəti barədə məlumatlar yazan, ictimai çatışmamazlıqları qabardan, faktlarla ortaya qoyulan şəxsləri cəzalandırmamalıdırlar. Bu məsələ elə dəqiqliklə aparılmalıdır ki, cəmiyyətin ictimai nəzarət funksiyasına kölgə salmasın. Biz heç nə yazmayaq ki, bizi məhkəməyə verib həbs edəcəklər, bu da olmamalıdır. Yazılar da faktla, sübutla olmalıdır, şantaj səviyyəsində olmamalıdır”.

Vüsalə Mahirqızı ərazi bütövlüyü, silahlı qüvvələr, sabitlik və s. məsələlərlə bağlı doğru olmayan məlumatların yayılmasına görə sərt tədbirlərin görülməsinin tərəfdarı olduğunu vurğulayıb: “Pul cərimələri şəklində cəzaları daha effektiv hesab edirəm”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR