İnsanlara hürriyət, millətlərə istiqlal!

Baş həkim: “Bütün xərçəng növlərinə qarşı vaksinin tapılması inandırıcı deyil”

1019 31.10.2023 17:25 Səhiyyə A A

Bir neçə gün öncə “BioNTech” şirkətinin təsisçiləri, türkiyəli alimlər Uğur Şahin və Özlem Türeci xərçəng xəstəliyinə qarşı hazırladıqları vaksinin uğurlu nəticələr verdiyini açıqlayıblar.

UGUR.jpg (39 KB)

“Hürriyet Daily”nin xəbərinə görə, alimlər bu barədə Madrid şəhərində keçirilən Avropa Tibbi Onkologiya Cəmiyyətinin Konqresində danışıblar. Məlumata görə, vaksin 4 dozada 44 pasiyentə vurulub. Nəticələrə əsasən, pasiyentlərin 59 faizində şişlərin həcminin 30% kiçilməsi müşahidə edilib. Xəstələrin 95 faizində isə şişlərin böyüməsi dayanıb.

Qeyd edək ki, türkiyəli cütlük sözügedən vaksinin üzərində 15 ildir işləyir. “BioNTech” 2030-cu ilə qədər 10 000-ə yaxın onkoloji xəstənin müalicə edilməsini nəzərdə tutur. Uğur Şahinin daha əvvəlki açıqlamasına görə, şirkətin hazırladığı vaksin bir neçə ildən sonra artıq satışa çıxarıla bilər.

Qeyd etmək yerinə düşər ki, zaman-zaman xərçəng əleyhinə vaksinlərin, dərmanların icad olunması barədə məlumatlar yayımlanır. Amma sonradan onların sınaqdan uğurla keçmədiyinin şahidi oluruq.

Bəs bu vaksinlə bağlı da eyni hal yaşanacaqmı? Bundan sonra effektli dərmanın kəşfi də mümkün ola bilərmi?

ZULF .png (529 KB)

“Ankara” klinikasının baş həkimi Zülfüqar Yusifov mövzu ilə bağlı Musavat.com-a bildirib ki, xərçəng xəstəliyi insanlıq qarşısında ciddi bir problemə çevrilib, son illərdə daha çox ölümlərə səbəb olub:

“Hər bir hüceyrə öz xərçənginə qədər yaşayır. Xərçəng artıq hüceyrələrdə gedən bölünmə prosesinin kontrolunun itməsi deməkdir. Bu DNT-lər nəzarəti artıq apara bilmədiyindən hüceyrələr nizamsız şəkildə, heç bir meyarlara uymadan bölünməyə başlayırlar. Bu da patoloji problemin yaranmasına gətirib çıxarır. Xərçəng problemi meydana çıxdığından bəri insanlıq, tibb elmi təbii ki, bu problemin çarəsini axtarmaqdadır. Bununla bağlı müasir təbabətə qədər müəyyən cəhdlər olub. Müasir təbabətdə də çoxsaylı üsullardan - həm farmoterapevtik, həm cərrahi üsullardan istifadə olunur. Əsasən xəstələrə palliativ kömək olur. Yəni həyatı bir qədər uzatmağa, həyat keyfiyyətini bir qədər yaxşılaşdırmağa səbəb olacaq köməyi olur. Xərçəngin müəyyən növlərində bunlar müalicə şəklində tətbiq olunmaqdadır.

Qaldı bütövlükdə vaksinin tapılmasına, əlbəttə, bu, arzuolunan olardı. Amma bütün xərçəng növlərinə qarşı tək bir vaksinin tapılmaq məsələsi sual doğurur. Çünki bu, bütövlükdə insan ömrünün ciddi şəkildə uzanmasına, həyatın ciddi şəkildə səbəb olacaq çox fundamental bir açılış olardı. Nəzəri olaraq isə belə bir peyvəndin olması mümkün görünsə də, amma praktik olaraq bunun həyata keçməsi olduqca çətin bir prosesdir. Amma tədqiqatlarda müəyyən ümidverici məqamların olması da əlbəttə, düşüncələrimizdə pozitiv olmağa əsas verir.

Vaksin tapılarsa, sözsüz ki, dərman da tapılar. Bu məsələ də öz həllini tapmış olar. Ancaq xərçəng problemi göründüyü qədər asan problem deyil. Bu sahədə yekun həllin olmasını yaxın müddətdə gözləmək bir qədər sadəlövh baxış olardı”.

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR