İnsanlara hürriyət, millətlərə istiqlal!

Baqrat Qalstanyan: “Tavuşa gedirik, görək hasar haradadır?”

880 21.06.2024 13:05 Son xəbər A A

“Mən Tavuşa gedib xalqla görüşmək, oradakı vəziyyəti anlamaq və eyni zamanda “hasar” deyilən şeyin harada olduğunu anlamağa çalışmaq istəyirdim”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu jurnalistlərlə söhbətində “Vətən üçün Tavuş” hərəkatının lideri, revanşist keşiş Baqrat Qalstanyan deyib.

“Hasar, sərhəd xətti, tikanlı məftil? Bu, harada yerləşir, niyə hələ də video və fotoşəkillərdə görünmür? Gedək hər şeyi öz gözümüzlə görək, bunun olub-olmadığına əmin olacağıq. Biz bütün sərhəd xətti boyunca gedəcəyik”, - deyə Qalstanyan bildirib.

Qeyd edək ki, erməni daşnaklarının üzvü Gerasim Vardanyanın Qalstanyanın ünvanına təhqiramiz ifadələr səsləndirdiyi səs yazısı ortaya çıxıb. Yerli jurnalistlər keşişdən bu barədə soruşduqda o, heç bir şərhinin olmadığını deməklə kifayətlənib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR