İnsanlara hürriyət, millətlərə istiqlal!

Baltik ölkələri Rusiya ilə birgə enerji sistemindən çıxdılar

562 28.11.2023 22:12 Dünya A A

Bu gün 3 Baltik ölkəsi Belarus, Rusiya, Estoniya, Latviya və Litvanın (BRELL) vahid enerji sistemindən tamamilə çıxdıqlarını elan ediblər.

Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, Estoniya, Latviya və Litvanın bu qərarını şərh edən Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko onun adları çəkilən ölkələr üçün elektrik enerjisinin qiymətinə təsir edəcəyini deyib.

Nazir müavininin dediyinə görə, Estoniya, Latviya və Litvanın enerji şəbəkələrinin keçmiş Sovet enerji sistemi ilə birləşdirilməsi onların Rusiyadan ucuz elektrik enerjisi almalarına imkan verirdi: “Hazırda Avropada elektrik enerjisinin qiymətləri sərfəli uzunmüddətli müqavilələr bağlanmaqla deyil, İsveç birjasında müəyyən edilir”.

Qeyd edək ki, Baltikyanı ölkələr Polşa vasitəsilə öz elektrik şəbəkələrinin Avropa ilə sinxronlaşdırılması layihəsini həyata keçirirlər. Bu layihənin tamamlanması əvvəlcə 2025-ci ilə planlaşdırılıb. Vilnüs hesab edir ki, regiondakı gərgin vəziyyətlə bağlı riskləri nəzərə alaraq prosesi sürətləndirmək və 2024-cü ildə sinxronizasiyanı başa çatdırmaq lazımdır. Avropaya qoşulan Baltikyanı ölkələr eyni vaxtda BRELL-lə əlaqəni kəsəcək.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR