İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakının bu əraziləri KÖÇÜRÜLƏCƏK? - Yeni baş plana görə...

2630 25.01.2024 18:34 Son xəbər A A

Bakıda sürüşmə zonaları aktiv olduğu heç kimə sirr deyil. Hazırda Bakıda Bayıl yamacında onlarla ailənin həyatı və şəxsi mülkü təhlükədədir. Lakin paytaxt ərazisində sürüşmə təhlükəsi təkcə Bayılda deyil. Hazırda paytaxtın bir çox əraziləri sürüşmə baxımından aktiv zonalar hesab edilir ki, həmin yerlərdə də insanlar ev tikib, yaşamaqda davam edirlər. Yəni onlar da hər an Bayıl yamacında yaşayan insanların vəziyyətinə düşə bilərlər. Coğrafiya İnstitutunun mütəxəssislərinin apardıqları tədqiqatlara görə, hazırda Bakıda Əhmədli şosesi, Zığ şosesi, Bayıl və digər bir sıra ərazilərdə sürüşmə təhlükəsi var.

Bu ərazilərdə sürüşmə sahələri geniş yayılıb və həmin ərazilər sürüşmə baxımından yaşamaq üçün olduqca təhlükəli hesab edilir. Buna baxmayaraq, həmin sürüşmə sahələrində 150 mindən çox əhali məskunlaşıb. Sürüşmə zonaları hər zaman aktiv olmasa da ümumilikdə əlverişli şərait yarandığı anda problemlər ortaya çıxır. Belə ki, sürüşmələr daha çox qar yağdıqdan sonra baş verir. Lakin təbii amillərlə yanaşı su, kanalizasiya borularının köhnəlməsi və həmin ərazilərdə çoxsaylı iritonnajlı maşınların hərəkəti, insanların yamacları kəsib evlər tikməsi də sürüşməyə səbəb olan amillərdir.

Bəs Bakının yaxın günlərdə təqdim olunan baş planında Zığ şosesi və Bayıl ərazisində yaşayan sakinlərin köçürülməsi nəzərdə tutulub?

Musavat.com xəbər verir kiəsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Referans.az-a bildirilib ki, həmin ərazilərlə bağlı hələlik hər hansı bir köçürülmə nəzərdə tutulmayıb:

"Sözügedən ərazilərin yaşayış zonası kimi inkişafı məsələsi Baş planla nəzərdə tutulmur. Bakı şəhərinin yeni Baş planı təsdiqlənib. Sənəd ərazilərin növbəti illərdə inkişaf istiqamətlərini müəyyən ediəcək. Layihəyə əsasən qeyd etdiyiniz ərazilərin gələcəkdə yeni yaşayış zonası kimi inkişafı nəzərdə tutulmayıb. "

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR