İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıdakı dəhşətli qəzanın ANBAAN GÖRÜNTÜLƏRİ - VİDEO

1146 18.06.2024 13:20 Hadisə A A

"Maştağa şosesinin Buzovna qəsəbəsindən keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı ölüm faktı qeydə alınmayıb".

Musavat.com Oxu.Az-a istinadən xəbər verir ki, bu məlumatı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin inspektoru polis mayoru Fuad Sultanov bildirib.

"İyunun 16-sı saat 10:19-da Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Məmmədşah Süleymanşah oğlu Zeynalov BMW markalı, 90-OA-885 dövlət nömrə nişanlı avtomobillə Buzovna-Maştağa şosesində hərəkətdə olarkən Buzovna qəsəbəsi ərazisində idarəetməni itirib. O, maşını yolun kənarında dayanmış Bayram Arif oğlu Əsədova məxsus "Mercedes" markalı, 90-OD-970 nömrəli, Alim Böyükağa oğlu Fətullayevə məxsus "Chevrolet" markalı, 90-OX-744 nömrəli və Sənan Reyhun oğlu Məhərrəmova məxsus VAZ-2106 markalı, 10-EO-703 nömrəli avtomobillərə çırpıb.

Nəticədə BMW markalı avtomobilin sürücüsü M.Zeynalov qarının küt travması, sərnişinləri - Siyəzən rayon sakini, 2001-ci il təvəllüdlü Nicat Gülmirzə oğlu Rəşidov qapalı kəllə-beyin və döş qəfəsinin küt travması, Siyəzən rayon sakini, 2014-cü il təvəllüdlü Ammar Zaur oğlu Ramazanlı açıq kəllə-beyin travması, Qusar rayon sakini, 2017-ci il təvəllüdlü Davud Kamil oğlu Orucov döş qəfəsinin əziyi xəsarətləri alaraq Sabunçu Tibb Mərkəzinə müraciət ediblər.

Hazırda Ammar Zaur oğlu Ramazanlı müalicəsini xəstəxanada davam etdirir, digərləri isə ilkin tibbi yardım alaraq evə buraxılıblar".

F.Sultanov əlavə edib ki, faktla bağlı Xəzər Rayon Polis İdarəsinin təhqiqat şöbəsində araşdırma aparılır.

***

Bakının Maştağa qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Musavat.com Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə yayımlanıb.

Qəza zamanı BMW, "Mercedes" və "Chevrolet" markalı avtomobillər zərər görüb.

Videodan məlum olur ki, sürətlə gələn avtomobilin sürücüsü idarəetməni itirir və nəticədə avtomobil yol kənarındakı digər nəqliyyat vasitələrinə çırpılır.

Hadisə şahidlərinin sözlərinə görə, qəza nəticəsində yüksək sürətlə hərəkət edən avtomobildəki bir uşaq həyatını itirib, digər avtomobillərə ciddi ziyan dəyib.

Qeyd edək ki, baş vermiş hadisənin təfərrüatı ilə bağlı Bakı Şəhər Dövlət Yol Polis İdarəsinə sorğu ünvanlanıb.

Videogörüntünü təqdim edirik:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR