İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda səfirliyi partlatmaq istəyən əcnəbi hakim qarşısına çıxarılır  FOTO

684 29.05.2024 11:19 Kriminal A A

Ötən ilin iyulunda Bakıda terror törətmək istəyən Əfqanıstan İslam Respublikasının vətəndaşı, 1990-cı il təvəllüdlü Favzan Musa Xanın (Fawzan Mosa Khan) cinayət işi üzrə istintaq başa çatıb.

Musavat.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Favzan Musa Xan Bakıda yerləşən xarici ölkə səfirliyini partlatmağa hazırlıq görməkdə ittiham olunur. Onun cinayət işi hakim Şəlalə Həsənovanın sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələ ki, məlum deyil.

Qeyd edək ki, Əfqanıstan Respublikasının vətəndaşı Favzan Musa Xan 2023-cü ilin iyul ayında Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşları tərəfindən saxlanılıb.

İttiham aktında göstərilib ki, Əfqanıstan Respublikasının vətəndaşı, 1990-cı il təvəllüdlü Favzan Musa Xanın digər şəxslərlə qabaqcadan əlbir olaraq ölkə ərazisində ictimai sabitliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə partlayış, yanğın və digər müşayiət olunacaq təhlükəli halların baş verməsi ilə nəticələnəcək terror aktı törətməyi planlaşdırılması müəyyən edilib. Məlum olub ki, adıçəkilən əcnəbi qeyd olunan cinayət əməllərini törətmək niyyəti ilə xarici ölkədən Azərbaycana gəlib. Bakıda yaşadığı müddətdə üçüncü dövlətin ölkəmizdəki səfirliyinin yerləşdiyi ərazinin koordinatlarını müəyyənləşdirmək və terror aktını planlaşdırmaq məqsədilə səfirliyin binasının ətrafında müşahidələr aparıb və terror aktında iştirak edə biləcək şəxslərlə əlaqəyə girərək sövdələşib.

Favzan Musa Xan cinayət başında saxlanılaraq təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Dövlət Təhlükəsizliyi Xidmətində başlanan cinayət işi üzrə təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 28, 214.2.1 və 28, 214.2.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs halında odlu silah və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə terrorçuluq hərəkətlərinin törədilməsinə hazırlıq) maddələri ilə ittiham elan edilib.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR