İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda satıcını bıçaqla hədələyib kassa aparatını ələ keçirən şəxs SAXLANILDI - ANBAAN VİDEO

864 08.03.2025 12:32 Kriminal A A

Martın 6-da axşam radələrində paytaxtın Nizami rayonunda yerləşən şərab evlərinin birində quldurluq hadisəsi qeydə alınıb.

Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Belə ki, naməlum şəxsin həmin yerdə çalışan 21 yaşlı satıcını kəsici-deşici alətlə hədələyərək içərisində 1000 manat pul olan kassa aparatını talaması barədə polisə məlumat daxil olub.

Nizami Rayon Polis İdarəsi 25-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən 29 yaşlı Xəyal Yusifov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR