İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda böyük media konfransı keçirilir - Fotolar

1372 21.07.2022 15:45 Media A A

Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə "Dərinləşən media islahatları: Yeni hədəflərə doğru" mövzusunda konfrans keçirilir.

Musavat.com bildirir ki, Milli Mətbuat Günü ərəfəsində keçirilən konfransda beynəlxalq media və ictimaiyyət nümayəndələri, xarici və yerli media ekspertləri iştirak edir.

İlk öncə Azərbaycanın Dövlət Himni səsləndirilib. Daha sonra MEDİA-nın İcraçı direktoru Əhməd İsmayılov çıxış edərək  bildirib ki, konfransın təşkil edilməsində məqsəd Azərbaycan mətbuatının keçdiyi inkişaf yolu, müasir dövrdə media islahatları, əldə olunan ilkin nəticələr və təhlilə yönələn fikir mübadiləsinin aparılmasıdır. O, həmçinin qeyd edib ki, Medianın İnkişafı Agentliyi ilk növbədə media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, maddi-texniki və hüquqi bazalarının möhkəmləndirilməsi, infrastrukturun modernləşdirilməsi, müvafiq sahədə yeni iqtisadi modelin yaradılmasını hədəfləyir və bu istiqamətdə atılacaq addımlara dəstək göstərir.

Konfrans "Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəylinin moderatoru olduğu panel sessiyanın müzakirəsi ilə davam edib.

Paneldə çıxış edən Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova bildirib ki, Ümummilli Liderin həyata keçirdiyi fundamental islahatlar nəticəsində müstəqil Azərbaycanın informasiya siyasətinin prioritetləri müəyyən edilib, senzura ləğv edilib, media üzərində dövlət nəzarəti aradan qaldırılıb, onun maddi- texniki bazası möhkəmləndirilib, yeni inkişaf perspektivləri açılıb.

Səadət Yusifova cəmiyyətin həyatında medianın rolunun durmadan artdığını deyib, medianın fəaliyyətində hər zaman obyektivlik, modernləşmə, rasionallıq, kreativlik, sosial məsuliyyət prinsiplərinin, milli maraqların daim rəhbər tutulmasının zəruriliyini vurğulayıb.

Xalidə Gəray,
Elçin Əkbərov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR