İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda 5G texnologiyası ilə bağlı seminar keçirilir - Fotolar

1621 02.11.2022 18:18 Texnologiya A A

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və Beynəlxalq Telekommunikasiya İttifaqının birgə təşkilatçılığı ilə Bakı şəhərində “Yeni nəsil (İMT2020/5G) mobil rabitə şəbəkələrinin tətbiqi” adlı seminar keçirilir.

Seminarda İKT sahəsində texnoloji trendlər, o cümlədən 5G texnologiyası və onun imkanları, tətbiq strategiyaları və biznes modelləri, tezlik spektrinin ayrılması, infrastrukturdan birgə istifadə, mövcud şəbəkələrin rasionallaşdırılması    və digər aidiyyəti məsələlər müzakirə olunur. Həmçinin müxtəlif ölkələrin 5G texnologiyasına keçidi üzrə mövcud təcrübənin müzakirəsi aparılır.

Tədbirdə Beynəlxalq Telekommunikasiya İttifaqının, GSMA və bu sahədə fəaliyyət göstərən digər beynəlxalq təşkilatların mütəxəssisləri tərəfindən məruzələr edilir.

Seminarda    Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və tabeli qurumları ilə yanaşı, müxtəlif dövlət qurumlarının    və rabitə operatorlarının mütəxəssisləri iştirak edirlər.

Seminar noyabrın 3-nə qədər davam edəcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR