İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda 4 avtomobil toqquşub, yaralananlar var - FOTO

1117 06.06.2022 01:57 Hadisə A A

Bakının Nizami rayonunda ağır yol-nəqliyyatı hadisəsi baş verib .

Qəza Babək prospektində qeydə alınıb.

“Hyundai” markalı maşının sürücüsü işıqforla tənzimlənən yol ayrıcından keçərkən əvvəlcə “Daewoo”, daha sonra “Toyota” və “Mercedes” markalı avtomobillərə çırpılıb. Qəza nəticəsində 4 avtomobil yararsız hala düşüb. ”Hyundai” markalı avtomobilin sürücüsü (hələlik ad və soyadı məlum deyil) və sərnişini Fərəcova Sarabəyim Rəhim qızı ağır bədən xəsarətləri alıb. Yaralılar 3 nömrəli Sabunçu xəstəxanasına yerləşdirilib. Əraziyə Nizami Rayon Polis İdarəsinin və Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Sürücülərin izahatı alınıb. Hadisənin dəqiq səbəbləri müşahidə kameralarının qeydə aldığı görüntülərə baxıldıqdan sonra məlum olacaq.

Deformasiyaya uğrayan avtomobillər evakuator vasitəsilə cərimə meydançasına aparılıb.//APA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR