İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda 19 yaşlı oğlan iki qızı meşəyə aparıb təcavüz etdi - TƏFƏRRÜAT

1544 28.05.2024 22:15 Kriminal A A

Bakıda tanış olduğu iki yeniyetmə qızı Qusara qaçıraraq onlara təcavüz edən Qusarın Piral kənd sakini 2005-ci il təvəllüdlü Amir Hakimov həbs edilib.

Publika.az-ın məlumata görə, 19 yaşlı oğlan barəsində Cinayət Məcəlləsinin 150.3.3 və 150.2.5-ci (Seksual xarakterli zorakılıq hərəkətləri) maddələri ilə cinayət işi açılıb.

Bəlli olub ki, valideynlərinin boşanmasından bir müddət sonra Amir atası ilə Bakıya gələrək kirayə ev tutub. Atası geri qayıtdıqda isə o, Xırdalanda tanışları ilə kirayədə qalıb. Bu müddət ərzində Amir "Instagram" sosial şəbəkəsində 14 yaşlı qızla tanış olub və onunla Alatava ərazisində yerləşən meşə-parkda görüşüb.

Amir 14 yaşının tamam olmasına bir neçə ay qalmış qıza onunla evlənəcəyini deyib və Qusara birgə qaçmağa razı salıb. Daha sonra onlar Qusarda Amirin atasının evinə gediblər. Burada gənc oğlan yetkinlik yaşına çatmayan qıza qarşı zorakılıq edərək cinsi əlaqədə olub. Qızın evdən qaçmasından sonra Amir yenidən paytaxta qayıdıb. Bu dəfə o, 16 yaşlı qızla tanış olub və onu da eyni formada aldadaraq Qusara aparıb və təcavüz edib.

Toplanmış materiallar Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmənin hökmü ilə Amir Hakimov səkkiz il altı ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR